Miqren

Miqren periodik olaraq narahatçılıq yaradan və başın yarı hissəsini əhatə edən baş ağrılarıdır. Miqren zamanı ağrılar əsəsən başın bir yarısında olur və ürəkbulanma, qusma, işıqdan qorxma, küyə qarşı dözümsüzlük kimi əlamətlərlə müşayət olunur. Bəzi hallarda miqren zamanı görmə pozğunluğu, iflic kimi hallar da qeyd edilir. Miqren ağrıları dözülməz olur və bəzən saatlar və günlərlə davam edə bilir. iqrenin müalicəsi ilə daha çox nevropatoloqlar məşğul olurlar və müalicə prosesində individual yanaşma seçilir. Amerkanların verdiyi statistikaya əsasən qadınların 17%-i, kişilərinsə 6%-i miqren tipli baş ağrıları keçirirlər.
Bəzi hallarda miqren tipli baş ağrıları aura adlanan hallardan sonra meydana çıxır. Bunlara göz qarşısında qara nöqtələrin üçüşması, işiq saçması kimi halları misal gətirmək olar.


Ardı →

Baş ağrıları

Hər bir insan həyatının bu və ya digər anında qisaca da olsa baş ağrısı ilə qarşılaşır.  Nüfuzlu bir Amerika İnstitutu tərəfindən aparılan sorğuda müəyyən edilib ki, iştirak edən hər dörd nəfərdən üçü keçən bir il ərzındə bir dəfə də olsa baş ağrısından şikayətlənib. Başağrısı diqqət mərkəzində saxlanılmalı bir şikayətdir və etinasız münasibət ciddi fəsadlarla nəticələnə bilər. Baş ağrıları fərqli səbəblərdən əmələ gəlir və sağlamlıq üçün təhlükə dərəcəsi də fərqli ola bilir. Odur ki, istənilən baş ağrısı epizoduna ciddi yanaşmaq və onun requlyar xatakter alması hallarında həkimə müraciət etmək vacibdir.


Ardı →

Baş ağrısı

Baş insana, məlum olduğu kimi, papaq qoymaq, qidanı çeynəmək və ağrı çəkmək üçün verilmişdir. İlk iki funksiya ilə əlaqədar olaraq heç bir problem meydana çıxmadıqda, о zaman baş ağrısı — düşünmək üçün bəhanəyə çevrilə bilər. Onun nə üçün ağrıması məlum deyildir. Bu cür hallarda nə etmək lazımdır? Hansı hallarda özünümüalicə üsulları haq­qında düşünmədən mütəxəssisə müraciət etmək zəruridir?
Baş ağrıdıqda, ilk növbədə həkimə müraciət etmək lazımdır. İnsana əvvəlcə küt və göynədici ağrı əziyyət versə də, o, gözlənilmədən kəskin və iti ağrıya çevrilir. Baş ağrısının təhlükə bildirən növlərinə, bədənin vəziyyətinin dəyişməsindən asılı olan baş ağrılarını da şamil etmək mümkündür.
Davamı →